Ukrayna qoşunları Kursk vilayətində keçirilən əməliyyat çərçivəsində sutka ərzində bəzi istiqamətlərdə 2 km irəliləyib.
Bu barədə Qərargahın iclasında Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski məlumat verib.
“Kursk istiqamətində hücum əməliyyatı davam edir. Bir sutka ərzində müəyyən istiqamətlərdə qoşunlarımız iki kilometrədək irəliləyərək 5 kvadratkilometr ərazini nəzarətə götürüb”, – deyə o bildirib.
Onun sözlərinə görə, bütün cəbhə xətti boyunca döyüşlər gedir, ən çətin vəziyyət Rusiya qoşunlarının Ukrayna müdafiəsini yarıb keçməyə çalışdığı Pokrovski istiqamətindədir.
Yenisabah.az