Ukrayna rəsmiləri münaqişəyə son qoymaq üçün Rusiya ilə dialoqa hazırdır.
Editor.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çinli həmkarı Vanq Yi ilə görüşündə deyib.
“Ukrayna tərəfi Rusiya tərəfi ilə dialoq və danışıqlar aparmağa hazırdır. Əlbəttə, danışıqlar rasional olmalı və ədalətli və davamlı sülhə nail olmaq üçün praktiki əhəmiyyət kəsb etməlidir”, – Kuleba Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninqdən sitat gətirib. Cavabında Vanq Yi ÇXR-in Rusiya-Ukrayna münaqişəsinin həlli üçün siyasi varianta sadiqliyini vurğulayıb və əmin edib ki, ölkə bu problemin həllində konstruktiv rol oynamağa davam edəcək.
Mao Ning daha əvvəl Kulebanın Çinə dəvət edildiyini bildirmişdi. Onun sözlərinə görə, ukraynalı nazir iyulun 23-dən iyulun 26-dək Çində qalacaq.
//Gülnarə Abasova, Editor.az

