“Ukrayna rus qoşunlarının ölkə ərazisindən tamamilə çıxarılmasını tələb edir və bu, danışıqların başlanması üçün əvəzsiz şərtdir”.
Bunu “Reuters” agentliyinə müsahibəsində Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.
O bildirib ki, Rusiya bəzi hərbi uğurları qeydə almaq istəyir.
“Ancaq Qərb tərəfdaşlarımızın köməyi ilə, şübhəsiz ki, ruslar üçün hərbi uğur olmayacaq”, – Podolyak deyib.
Teleqraf.com

