Ukrayna Milli Elmlər Akademiyası (UMEA) Rusiya Elmlər Akademiyası (REA) ilə əməkdaşlığı kəsib.
Təşkilat ukraynalı alimlərə Rusiya tərəfindən verilənfəxri adlardan və mükafatlardan imtina etməyi də tövsiyə edib.
Bu barədə Editor.az “Kommersant”a istinadən xəbər verir. Xəbərə görə, Ukrayna Milli Elmlər Akademiyası Rusiya Elmlər Akademiyası, Rusiya Elmlər Akademiyasının Sibir bölməsi, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və s. müəssələri ilə elmi-texniki əməkdaşlıq haqqında müqavilələrə xitam verib. Təşkilat həmçinin, Rusiyanın Ukraynaya hərbi təcavüzünü dəstəkləyən və bununla da onlara verilmiş “yüksək rütbəsini ləkələyən” xarici ölkə alimlərini UMEA üzvlüyündən kənarlaşdırmağı da düşünür.
Editor.az

