Ukrayna Rusiya, İran və Çindən olan şirkət və şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib.
Editor.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bununla bağlı müvafiq sərəncamları imzalayıb. Sənədlər Ukrayna Təhlükəsizlik Xidmətinin şəxsi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı tövsiyələrini dəstəkləyir. Fərmanlardan birində üç ölkədən altı fiziki şəxs və 40-dan çox şirkətə məhdudiyyət qoyulması tələb olunur.
Prezidentin digər fərmanı ilə Rusiyanın “Mayak” Gəmi İşıqlandırma Avadanlıqları Zavodu MMC-yə və Kazan Dövlət Toz Zavodu Federal Dövlət Müəssisəsinə qarşı sanksiyalar tətbiq edilib. Sentyabrın 1-də Ukrayna lideri Rusiya Federasiyasının aviasiya sənayesinə və onun “əməkdaşlarına” qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.
//Gülnarə Abasova, Editor.az