Son aylarda Rusiya qoşunları Ukrayna ilə həmsərhəd olan Kursk, Bryansk və Belqorod vilayətlərində fəal şəkildə istehkamlar tikir.
Editor.az xarici mediaya istinadən bildirir ki, müdafiə üzrə tədqiqat mütəxəssisi Bradi Efrik bu cür istehkamların mövcudluğunu göstərən peyk şəkillərini paylaşıb. Onun sözlərinə görə, istehkamlar Ukrayna ilə sərhədin bilavasitə yaxınlığında yaranıb.
Peyk məlumatlarına görə, Kursk vilayətində may ayından avqustun əvvəlinə kimi yeni xəndəklər qazılıb. Bryansk vilayətində iyunun əvvəlindən avqustun ortalarına qədər tank əleyhinə maneələr, iyul və avqust aylarında Belqorod vilayətinin ərazisində yeni istehkamlar ucaldılıb.
//Safura Bənnayeva, Editor.az

