Ukrayna: “Rusiya mövqelərinə güclü zərbə endirilib”backend

Ukrayna: “Rusiya mövqelərinə güclü zərbə endirilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 24 saat ərzində Ukrayna hərbçiləri Rusiyanın mövqelərinə növbəti güclü zərbə endirib. Ukrayna Silahlı Qüvvələri Rusiyanın artilleriya sistemlərini, zenit-raket kompleksini və digər mühüm hədəflərini məhv edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

“Gün ərzində Ukrayna aviasiyası şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi ərazilərə 19, zenit-raket kompleksinə isə daha bir zərbə endirib”.

Bundan əlavə,hava hücumundan müdafiə qüvvələri 12 hücum PUA-sı, 2 idarə olunan raket və 6 kəşfiyyatçı PUA-nı məhv edib. Eyni zamanda,raket qoşunlarının bölmələri  hava hücumundan müdafiə sistemini, rusların cəmləşdiyi 5 ərazini, onların silah və texnikasını, 9 artilleriya silahını və 6 digər mühüm hədəfini vurub.

Baş Qərargah Rusiya Federasiyasının müharibə qanunlarına və adətlərinə məhəl qoymamaqda davam etdiyini, terror taktikalarından istifadə etdiyini, raket və hava zərbələri endirdiyini, təkcə hərbi deyil, həm də Ukraynadakı mülki hədəflərə çoxsaylı raket sistemlərindən atəş açdığını vurğulayıb. Cəmi bir gündə Rusiya 7 raket və 90 hava zərbəsi endirib, Ukrayna qoşunlarının mövqelərinə və yaşayış məntəqələrinə çoxsaylı reaktiv raket sistemlərindən 82 hücum həyata keçirib. Bu hücumlar mülki vətəndaşların ölümünə və yaralanmasına, şəxsi yaşayış evlərinin və digər mülki infrastrukturun dağıdılmasına və zədələnməsinə səbəb olub.

//Safura Bənnayeva, Editor.az