İtaliyanın baş naziri Giorgia Meloni Ukraynadakı münaqişənin həlli ilə bağlı Roma Papası XIV Leo ilə telefon danışığı aparıb. Papa Moskva və Kiyev arasında danışıqlara Vatikanda ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib.
Bu barədə İtaliya hökumətinin saytında bildirilir.
Görüş xanım Meloni, eləcə də digər Avropa liderlərinin ABŞ prezidenti Donald Trampla danışəğından sonra baş tutub. Avropa nümayəndələri ilə danışıqlardan əvvəl, mayın 19-da Donald Tramp və Vladimir Putin arasında telefon danışığı olub. Söhbət iki saatdan çox davam edib.
Prezidentlər digər məsələlərlə yanaşı, Ukraynadakı münaqişənin həlli yollarını da müzakirə ediblər. Putin söhbəti “mənalı, səmimi və faydalı” adlandırıb və Amerika prezidentinə Moskva ilə Kiyev arasında dialoqun bərpasında vasitəçilik etdiyinə görə təşəkkür edib.
//Samir Qurbanov, Editor.az