Ukrayna: “Rusiya ordusu gecə saatlarında 6 yaşayış məntəqələrinə hücum edib”backend

Ukrayna: “Rusiya ordusu gecə saatlarında 6 yaşayış məntəqələrinə hücum edib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Baş Qərargahı Rusiya qüvvələrinin gecə saatlarında Çerniqov, Sumi, Xarkov, Donetsk, Zaporojye və Xerson vilayətlərinin yaşayış məntəqələrinə 11 raket, 4 hava hücumu həyata keçirdiyi və çoxlüləli raket sistemlərindən 43 dəfə atəş açıldığını bildirib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Rusiyanın “mülki əhaliyə qarşı terror taktikası” tətbiq etməyə davam etdiyi iddia edilən açıqlamada qarşı tərəfin gecə saatlarında S-300 hava hücumundan müdafiə sistemi ilə Xarkov şəhərinin mülki infrastrukturuna 9 raket zərbəsi endirdiyi qeyd edilib.

Açıqlamada, Rusiya ordusunun hava hücumlarında istifadə etdiyi, 10 pilotsuz uçuş aparatından (PUA) 9-nun vurulduğu bildirilib. Eyni zamanda, mülki infrastrukturun hücumlardan zərər çəkdiyi, ölən və yaralananların olmadığına diqqət çəkilib.

//Safura Bənnayeva, Editor.az