Rusiyanın Ukraynanın Lvov, Dnepropetrovsk, Volın, Çerkassı və digər vilayətlərinə gecə saatlarında raket zərbələri endirdiyi açıqlanıb.
Editor.az xarici mediaya istinadən bildirir ki, Lvov Vilayəti Hərbi Administrasiyasının rəhbəri Maksim Kozinski sosial media hesabından verdiyi açıqlamada bu barədə məlumat verib.
“2 evdə yanğın və dağıntılar olub, insanlar təxliyə edilib. Yaralılar var, can itkisi ilə bağlı məlumat qeydə alınmayıb”,-deyə açıqlamada bildirilir.
Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Lisak da sosial şəbəkədəki paylaşımında Rusiyanın raket hücumları nəticəsində Dnepr şəhərində bir iş yerində yanğının baş verdiyini və 2 nəfərin yaralandığını açıqlayıb.
//Safura Bənnayeva, Editor.az