Ukraynanın xarici işlər naziri Dmitro Kuleba paytaxt Kiyevdə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Editor.az xarici mediaya istinadən bildirir ki, o, Rusiya pilotsuz təyyarələrinin Ukraynaya aviazərbələri zamanı NATO üzvü Rumıniyanın ərazisinə düşdüyünü iddia edib.
Nazir Kuleba iddialarını dəstəkləmək üçün əlində fotoşəkillərin olduğunu da bildirib. Rumıniya isə Kulebanın açıqlamalarını rədd edib.
“Əlbəttə ki, risk var. Çünki orada baş verənlər bizim sərhədlərimizə çox yaxındır. Bu cür qəza və ya insident riski ehtimalı olsa da hələlik heç bir hadisə baş verməyib. Rusiya Ukraynanın taxıl ixracına icazə verməyərək mülki əhaliyə qarşı kinli hücumlarını davam etdirdiyini gördük”,- deyə Rumıniyanın xarici işlər naziri qeyd edib.
//Safura Bənnayeva, Editor.az