“Ruslar Avdeyevka yaxınlığında böyük itkilər verir və eyni zamanda Avdeyevkaya üçüncü böyük hücuma hazırlaşırlar. Noyabrın 3-də ruslar Avdeyevkanın şimal cinahında uğur qazanıblar”.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat verib.
Noyabrın 3-də yayılan geolokasiya görüntüləri rusların Avdeyevkanın şimalındakı dəmir yolu xəttinə doğru irəlilədiyini göstərir.
Ukrayna Baş Qərargahı bildirib ki, Ukrayna qoşunları Avdiyevka yaxınlığında Rusiyanın hücumlarına müqavimət göstərməkdə davam edir və müxtəlif istiqamətlərdə Rusiyanın 17-dən çox hücumunu dəf edib.
//Safura Bənnayeva, Editor.az

