Ukrayna və Rusiya danışıqların növbəti 3 günlük raundu martın 28-30-da Türkiyədə keçiriləcək.
Bu barədə Editor.az Ukrayna mənbələrinə istinadən xəbər verir.
Ukrayna nümayəndə heyətinin üzvü və “SN” fraksiyasının sədri David Araxamiya və Rusiya Federasiyası nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bu barədə məlumat veriblər.
Xatırladaq ki, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların dördüncü raundu martın 14-də baş tutub. Ukrayna nümayəndə heytinin rəhbəri Mixail Podolyak deyib ki, Moskvanın mövqeyində “adekvat” işarətlər nəzərə çarpsa da, danışıqlar hələ bir neçə həftə davam edə bilər.
Editor.az

