Ukrayna Rusiya tərəfinə müraciət edibbackend

Ukrayna Rusiya tərəfinə müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hakimiyyəti İl-76 təyyarəsində olan ölən ukraynalı hərbi əsirlərin cəsədlərini təhvil vermək üçün dəfələrlə Rusiyaya müraciət edib.

Editor.az xəbər verir ki, bu fikri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib. Kəşfiyyat rəsmisinin sözlərinə görə, məsələ ilə bağlı işlər hələ də davam edir. “Ukrayna İl-76 təyyarəsində öldüyü iddia edilən ukraynalı hərbi əsirlərin cəsədlərinin təhvil verilməsi ilə bağlı dəfələrlə təcavüzkar dövlətə müraciət edib.

Bu istiqamətdə iş gedir”, – deyə Andrey Yusov bildirib. Bu gün səhər saatlarında Rusiyanın insan haqları üzrə komissarı Tatyana Moskalkova bildirib ki, Rusiya İl-76 qəzasında həlak olanların cəsədlərini Ukrayna tərəfinə verməyə hazırdır. Ukrayna Ombudsmanı Dmitri Lubinets daha sonra bəyan edib ki, Kiyev onların adlarının siyahısını hələ əldə etməyib.

//Samir Qurbanov, Editor.az