Ukrayna Rusiyanı ABŞ HİMARS-ı ilə vuracaq – qadağa götürüldübackend

Ukrayna Rusiyanı ABŞ HİMARS-ı ilə vuracaq – qadağa götürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hökuməti Ukraynaya tədarük edilən silahların bir hissəsini Rusiya daxilindəki hədəfləri vurmaq üçün istifadə etməyə icazə verib.

Editor.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, HIMARS buraxılış qurğularına və GMLRS çoxsaylı buraxılış raket sistemlərinə qoyulan qadağa aradan qaldırılıb. Bununla belə, Ukraynanın Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli ATACMS raketlərindən istifadə etməsi hələ də qadağandır, deyə adı çəkilməyən ABŞ rəsmisi əlavə edib.

“The Guardian” onu da yazır ki, ABŞ-ın qərarı Ukraynaya HIMARS-dan istifadə etməyə imkan verəcək. Ukrayna prezidenti Vladimir Zelenskinin mətbuat katibi Sergey Nikiforov nəşrə bildirib ki, qadağanın götürülməsi ölkə sərhədinin müdafiəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

//Samir Qurbanov, Editor.az