Ukrayna Rusiyanı ATACMS raket sistemləri ilə vuracaqmı?backend

Ukrayna Rusiyanı ATACMS raket sistemləri ilə vuracaqmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel Rusiya hərbi bazalarına hücumlar üçün ATACMS-dən istifadə ilə bağlı ABŞ və Ukrayna arasında aparılan danışıqların nəticəsi ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

Eyni zamanda o, Ukrayna tərəfi ilə “özəl” danışıqların getdiyini açıq şəkildə bildirib. “Mən ukraynalı tərəfdaşlarımızla özəl diplomatik müzakirələrə getməyəcəyəm” – Patel brifinqdə deyib. O əlavə edib ki, hazırda ABŞ-ın Ukrayna ordusunun ATACMS-dən istifadəsinə dair siyasəti dəyişməz olaraq qalır.

Xatırladaq ki, ATACMS 300 km-ə qədər uçuş məsafəsi olan yer-yer tipli idarə olunan raketdir. O, universal raket sistemlərindən buraxılır.

//Samir Qurbanov, Editor.az