Ukrayna Rusiyanı onun öz silahı ilə vuracaqbackend

Ukrayna Rusiyanı onun öz silahı ilə vuracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiyanın baş naziri Eduard Geger S-300 hava hücumundan müdafiə sisteminin Ukraynaya verildiyini açıqlayıb.

Bu barədə Editor.az Ukrayna mənbələrinə istinadən məlumat verir. “Təsdiq etmək istərdim ki, Slovakiya Ukraynanı S-300 hava hücumundan müdafiə sistemi ilə təmin edib. Ukrayna xalqı həm öz suveren dövlətini, həm də bizi cəsarətlə müdafiə edir.

Bizim borcumuz kömək etmək, kənarda durmamaq və Rusiya təcavüzü sonuncu baş verən insan tələfatına göz yummamaqdır”, – Slovakiya hökumətinin başçısı öz Tüitter səhifəsində yazıb. Qeyd edək ki, keçən ay Slovakiya Rusiyanın hava hücumlarından qorunmaq üçün Ukraynaya bir ədəd S-300 sistemi verməyə ilkin razılıq vermişdi. Bunun üçünsə NATO ölkələrindən Bratislavanın hava məkanını qorumaq üçün anoloji müdafiə sisteminin verilməsi şərt qoyulmuşdu. O zaman Almaniya və Hollandiya Slovakiyaya “Patriot” tipli hava hücumundan müdafiə sistemi göndərməyə razılığa gəlmişdilər və bu sistem artıq Sliac aviabazasında yerləşdirilərək Slovakiyanın hava məkanını qorumaqdadır.