Ukraynanın müdafiə naziri Mixaylo Fedorov Starlink-in Ukrayna ərazisinə girişinin məhdudlaşdırılmasının Rusiya işğalçı qüvvələrinə təsiri barədə məlumat verib.
Fedorov qeyd edib ki, Rusiyanın Starlink terminalları üçün siqnalın bağlanması real vaxt rejimində video ötürülməsini 11 dəfə azaldıb, radiotezlikli müdaxilələr isə əhəmiyyətli dərəcədə artıb. “Biz faktiki olaraq Rusiyanı rabitədən məhrum etmişik”, – deyə Fedorov vurğulayıb.
Müdafiə naziri SpaceX ilə çoxsaylı müzakirələrin aparıldığını xatırladıb. “Bu, təkcə Rusiyanın texnoloji uyğunlaşması deyil, həm də təcavüzkarın Qərb texnologiyasından mülki şəxslərə qarşı istifadəsinin qarşısını almaq məsələsidir”, – deyə Fedorov bildirib.
//Samir Qurbanov, Editor.az