Ukrayna Rusiyanın 1200 km dərinliyini necə vurdu?backend

Ukrayna Rusiyanın 1200 km dərinliyini necə vurdu?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Rusiya ərazisinə zərbə endirdiyi PUA-larda süni intellektdən istifadə edilir.

Editor.az axar.az-a istinadən bildirir ki, bu barədə CNN Ukraynanın PUA proqramı ilə tanış olan mənbəyə istinadla məlumat yayıb.

“Dəqiqlik süni intellektin (Aİ) istifadəsi ilə təmin edilir. Hər bir PUA-da peyk və ərazi məlumatları olan bir prosessor var”, – məlumatda qeyd olunub.

Məlumatda bu texnologiyanın Ukraynaya kim tərəfindən verildiyi bildirilməyib.

Qeyd edək ki, Ukrayna PUA-sı bu gün Tatarıstanda “Şahid” PUA-larının zavodunu vurub. Bu, Ukraynanın Rusiyanın 1200 km dərinliyinə ilk hücumudur.