Ukrayna Rusiyanın həyata keçirdiyi kütləvi atəş nəticədə dinc əhalinin həlak olması və yaralanmasına cavab tədbirləri hazırlayır.
Editor.az xəbər verir ki, bu barədə müdafiə naziri Rüstəm Umerov Facebook səhifəsində məlumat verib. “Bu gecə Rusiya şəhərlərimizi yenidən vurdu, mülki əhali yaralandı, evlər dağıldı, kritik infrastruktura ziyan dəydi”, – deyə nazir qeyd edib. Umerovun sözlərinə görə, bu, bir daha sübut edir ki, qalib gəlmək üçün bizə uzaq məsafəli imkanlar və düşmənin hərbi obyektlərinə hücumlara qoyulan məhdudiyyətlərin aradan qaldırılması lazımdır.
“Ukrayna öz istehsalı olan silahları hazırlayır”, – Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb.
//Samir Qurbanov, Editor.az