Ukrayna Rusiyanın bu qərarını “ziddiyyətli” adlandırıbbackend

Ukrayna Rusiyanın bu qərarını “ziddiyyətli” adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov Rusiyanın martın 18-də müddəti bitəcək Taxıl Dəhlizi Sazişinin 60 gün uzadılmasına dəstək verməsi barədə açıqlamasını dəyərləndirib.

Editor.az xarici mediaya istinadən bildirir ki, mövzu ilə bağlı Twitter hesabından açıqlama verən nazir razılaşmanın 120 gün olduğunu xatırladaraq Rusiyanın mövqeyinin müqavilənin 60 gün uzadılması olduğunu qeyd edib.

“Bu, Türkiyə ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) imzaladığı sənədə ziddir. Təşəbbüsün zəmanəti kimi BMT və Türkiyənin rəsmi mövqeyini gözləyirik”,-deyə Kubrakov qeyd edib.

Martın 18-də sonlandırılacaq Qara Dəniz Taxıl Dəhlizi Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin BMT Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan və BMT-nin xüsusi nümayəndəsi Martin Qriffits arasında danışıqlardan sonra başa çatacaq.

//Safura Bənnayeva, Editor.az