Ukrayna Rusiyanın itkilərini açıqladıbackend

Ukrayna Rusiyanın itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Baş Qərargahı 24 fevraldan -26 aprelə qədər olan tarixlərdə Rusiya ordusunun itkiləri ilə bağlı açıqlama verib.

Editor.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Rusiya ordusunun 22100 əsgəri öldürülüb. Ruslar xeyli hərbi texnikada itirib. Belə ki, müharibə başlayandan Rusiyanın 184 təyyarəsi, 154 helikopteri və 918 tankı Ukrayna tərəfindən məhv edilib. Rusların itkisi bununla da kifayətlənməyib. Rusların 22308 zirehli texnikası, 416 topu, 149 raket atma sistemi və 69 hava hücumundan müdafiə sistemi məhv edilib. Eyni zamanda, Rusiyanın bu müharibədə 1643 avtomobil, 8 gəmi, sürətli qayıqlar, 76 yanacaq daşıyan maşın, 205 pilotsuz uçan aparatını itirdiyi məlum olub.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi martın 25-də verdiyi açıqlamada Ukraynada cəmi 1351 rus əsgərinin öldüyünü bildirib.

//Nəzərbəy, Editor.az