Ukrayna Rusiyanın Qara dəniz donanmasının gəmilərini NATO raketlər ilə vurur – Yens Stoltenberqbackend

Ukrayna Rusiyanın Qara dəniz donanmasının gəmilərini NATO raketlər ilə vurur – Yens Stoltenberq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Rusiyanın Qara dəniz donanmasının gəmilərinə NATO üzv ölkələrinin verdiyi raketlərlə hücum edir.

Editor.az bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, alyans Qara dənizdə strateji üstünlüyə nail olmaq üçün Ukrayna və Gürcüstanla əməkdaşlığı genişləndirmək niyyətindədir. “Ukraynanın böyük qələbələrindən biri odur ki, o, Rusiyanın Qara dəniz donanmasını sıxışdırıb və Odessadan Bosfora dəhliz aça bilib.

Bu məqsədə çatmaqda mühüm rol oynayan bəzi sistemlər və raketlər NATO müttəfiqləri tərəfindən təchiz edilib”, – deyə Stoltenberq illik təhlükəsizlik hesabatında çıxış edərkən bildirib. Yens Stoltenberq həmçinin müttəfiqləri Ukraynaya silah tədarükünü artırmağa çağırıb.

//Samir Qurbanov, Editor.az