Rusiyanın yüzlərlə hərbi obyekti Amerikanın uzaqmənzilli ATACMS raketlərinin əhatə dairəsindədir.
ABŞ Rusiya ərazisinə hücum etmək üçün bu raketlərdən istifadəyə icazə verərsə, Ukrayna onları vura bilər.
Editor.az bildirir ki, bu barədə Müharibə Tədqiqat İnstitutu (ISW) yazıb. Rusiya qüvvələri təyyarələri Qərb tərəfindən təmin edilən “Storm Shadow” və ATACMS raketlərinin əhatə dairəsindən kənara çıxarsa da, Rusiyanın xeyli sayda hərbi aktivi Qərb silahlarının əhatə dairəsində qalır.
Zərbələrə qoyulan məhdudiyyətlər Rusiya qoşunlarına Ukraynaya qarşı hərbi əməliyyatları dəstəkləmək üçün Rusiya xəttinin arxasındakı sığınacaqlardan istifadə etməyə imkan verir. Çoxsaylı Qərb mətbuatı xəbərləri göstərir ki, ABŞ hökuməti Britaniyaya Ukraynaya Rusiya Federasiyasındakı hərbi obyektlərə zərbələr endirmək üçün “Storm Shadow” raketlərindən istifadə etməyə icazə verməyi qadağan edib. İnstitutun ekspertləri tərəfdaşların Ukraynanın kritik düşmən hərbi infrastrukturuna zərbələr endirmək imkanlarını necə məhdudlaşdırdığını göstərmək üçün sərhəd yaxınlığındakı hərbi obyektlərin interaktiv xəritəsini yaradıblar.
Rusiya təyyarələrinin ATACMS-in əhatə dairəsi daxilindəki 16 Rusiya hava bazasından yenidən yerləşdirilməsi Ukraynanın yüzlərlə digər Rusiya hərbi obyektinə qarşı ATACMS-dən istifadə etməsinə icazə verilməsinin əhəmiyyətini azaltmır.
//Samir Qurbanov, Editor.az