Ukrayna Rusiyaya məxsus qaz qurğusunu vurdu – 40-a yaxın ölübackend

Ukrayna Rusiyaya məxsus qaz qurğusunu vurdu – 40-a yaxın ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə Ukrayna Hərbi Dəniz Qüvvələri Baş Kəşfiyyat İdarəsi ilə birlikdə Qara dənizdə Rusiyanın qaz qurğusuna hücum edib.

Editor.az  APA-ya istinadən bildirir ki, bu barədə Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk zərbənin internetdə yayılan videosunu şərh edərkən bildirib.

O qeyd edib ki, Rusiya bu yerdən mülki gəmiçiliyə təhlükə yaratmaq məqsədilə GPS saxtakarlığı edirmiş.

Hücum nəticəsində 40-a yaxın heyət üzvünün məhv edildiyi vurğulanıb.