“Rusiya Ukrayna Müdafiə Qüvvələrinin mövqelərinə bir neçə istiqamətdə hücumları davam etdirir, lakin bu heç bir nəticə vermir”.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər hesabatında qeyd edilib.
“Baxmut istiqamətində müdafiəçilərimiz Donetsk vilayətinin Kleşçievka və Avdiivka yaşayış məntəqələri ərazisində rusların 5 hücumunu dəf ediblər. Moskva Zaporojye vilayətinin Rabotinoye ərazisində itirilmiş mövqelərini bərpa etməyə 4 dəfə cəhd etsə də bu, uğursuz alınıb”,- deyə hesabatda vurğulanıb.
//Safura Bənnayeva, Editor.az

