Ukrayna: “Ruslar Avdiivkaya hücumu dayandırmır “backend

Ukrayna: “Ruslar Avdiivkaya hücumu dayandırmır “

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Federasiyasının hərbi qüvvələri Donetsk vilayətinin Avdiivka bölgəsinə hücumlarını dayandırmır. Çox sayda canlı qüvvə və texniki itkilər belə bu hücumun qarşısını ala bilmir”.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Avdiivka şəhər hərbi administrasiyasının rəhbəri Vitali Barabaş telemarafonun efirində bildirib.
Onun sözlərinə görə, son 24 saat ərzində şiddətli döyüşlər davam edib, çoxlu atəş və partlayışlar qeydə alınıb.
“Atışmalar gecə-gündüz səngimir. Ruslar piyada və zirehli texnika ilə böyük hücum həyata keçirirlər. Çox sayda itkilər var. Lakin Rusiya dayanmaq bilmir. Canlı qüvvələrin sayı çoxdur”-deyə, o, qeyd edib.

//Safura Bənnayeva, Editor.az