Son 24 saat ərzində rus hərbiçiləri bir neçə istiqamətdə hücuma keçib.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər hesabatında məlumat verib.
Xəbərə görə, cəbhədə 80 hərbi toqquşma baş verib, Ukraynanın şərqində və cənubunda əməliyyat vəziyyəti ağır olaraq qalır.
Baş Qərargahdan verilən məlumata görə, Baxmut istiqamətində ruslar Donetsk vilayətinin Kleşçievka ərazisində itirilmiş mövqelərini bərpa etməyə uğursuz cəhd göstərib. Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Baxmut şəhərinin cənubunda rus hərbiçilərinə canlı qüvvə və texnika itkisi verərək əldə olunan xətlərdə mövqelərini möhkəmləndirməklə hücum əməliyyatlarını davam etdirir.
//Safura Bənnayeva, Editor.az

