“Ukrayna savaşından sonra Rusiya Fransanı Ermənistandan da qovacaq”- ŞƏRHbackend

“Ukrayna savaşından sonra Rusiya Fransanı Ermənistandan da qovacaq”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransa dünyada artıq öz nüfuzunu və təsir gücünü tədricən itirməyə başlayıb. Rəsmi Paris dünyanın idarə edilməsi prosesində əvvəlki kimi avanqard ölkələrdən biri kimi qəbul edilmir. Ona görə də Fransanın “tarixi qərarlar” qəbul edə bildiyi dövr artıq keçmişdə qalıb. Məsələ ondadır ki, hazırda müstəmləkəçilik siyasəti yürüdən Fransa Afrika qitəsindən qovulmaqdadır”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Elçin Xalidbəyli deyib.

Siyasi analitikin sözlərinə görə, rəsmi Paris Fransa hərbi qüvvələrini vaxtilə müstəmləkə altında saxladığı Afrika ölkələrindən çıxartmaq məcburiyyətində qalıb:

“Üstəlik, bu proses intensiv xarakter almaqda davam edir. Ona görə də rəsmi Paris Fransanın Afrika qitəsində üzləşdiyi itkiləri dünyanın digər regionlarında kompensasiya etməyə çalışır. Hələlik bu istiqamətdə də Fransanın cəhdləri real nəticələrdən uzaqdır. Bu baxımdan, böyük ehtimalla Fransa prezidenti Emmanuel Makron “tarixi qərarlar” dedikdə Cənubi Qafqaza yerləşmək şanslarına eyham vurur. Halbuki, bu “tarixi qərarlar” Cənubi Qafqazda həlledici geopolitik əhəmiyyəti olmayan Ermənistanla yaxınlaşmanı nəzərdə tutur. Rəsmi Paris ümid edir ki, Ermənistana yerləşməklə, Fransa Cənubi Qafqazda geopolitik oyuncuya çevrilməyə başlayacaq.

Ancaq bütün bunlar reallaşması mümkün olmayan ümidlərdir. Çünki Ermənistanı Rusiyanın təsir dairəsindən çıxartmaq mümkün olmayacaq. Ona görə də Fransanın Ermənistandakı mövqeləri də müvəqqəti xarakter daşıyır. Tezliklə, böyük ehtimalla Ukrayna savaşından sonra Rusiya Fransanı Ermənistandan da qovacaq. Yəni, prezident Emmanuel Makronun “tarixi qərarlar” barədə dedikləri çöküş dövründə olan Fransanın siyasi elitasına verilən təskinlikdən başqa bir şey deyil”.

//Gülnarə Abasova, Editor.az