Ukrayna səfirindən Almaniya siyasətçilərinə çağırış: “ABŞ-ın planını tənqid etməyə tələsməyin”backend

Ukrayna səfirindən Almaniya siyasətçilərinə çağırış: “ABŞ-ın planını tənqid etməyə tələsməyin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeev Almaniya siyasətçilərini ABŞ-ın Ukrayna müharibəsinin sona çatdırılması ilə bağlı təklif etdiyi “sülh planı”nı tənqid edərkən daha təmkinli olmağa çağırıb.

Editor.az xəbər verir ki, bu barədə Die Zeit məlumat yayıb.

Makeev ZDF telekanalının “Maybrit Illner” proqramında çıxışı zamanı bildirib ki, Vaşinqtonun təşəbbüslərinə qarşı sərt və emosional yanaşmalar vəziyyətin həssaslığını nəzərə almır:

“Mən burada, Almaniyada hamını ABŞ-ı tənqid etməməyə çağırıram,” – deyə səfir vurğulayıb.

Diplomatın sözlərinə görə, müharibənin sona çatdırılması ilə bağlı hər bir təklif diqqətlə qiymətləndirilməli, tərəflər arasında dialoq imkanlarını genişləndirən addımlar dəstəklənməlidir.

//Samir Qurbanov, Editor.az