Ukrayna səfirindən Erməniləri qəzəbləndirən paylaşımbackend

Ukrayna səfirindən Erməniləri qəzəbləndirən paylaşım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskinin Şuşaya səfəri ilə bağlı paylaşımı ermənilərdə aqressiya yaradıb.

Editor.az verir ki Ukrayna səfiri 9-10iyul tarixində baş tutan Şuşa səfəri ilə bağlı Twitter hesabında paylaşım edib. Paylaşımda deyilir:

“Arzular çin oldu. Qarabağın ürəyinə- Azərbaycan xalqının mənəvi paytaxtına, yəni Şuşa şəhərinə səfər etdim. Bu mənim həm Azərbaycanın böyük tarixi, həm mədəni irsi ilə həm də azad olunmuş ərazilərdə irimiqyaslı yenidənqurma- bərpa işləri ilə ilk tanışlığım oldu”.

Ukraynalı diplomatın bu paylaşımı erməni izləyiciləri arasında aqressiya yaradıb. Onlar həm səfiri təhqir edən, həm də Ukrayna münaqişəsində Krımın ilhaqının haqlı olduğuna dair şərhlər yazıblar.

//Editor.az