Ukrayna şəhərinin meri Rusiyada əsirlikdə öldübackend

Ukrayna şəhərinin meri Rusiyada əsirlikdə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaporojye vilayətinin Dneprorudnoye şəhərinin meri Yevgeni Matveyev rus əsirliyində ölüb.

Bu barədə dekabrın 4-də Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov Telegram-da məlumat verib. Ruslar 2022-ci il fevralın sonunda Dneprorudnoyeni, daha sonra isə Matveyevi tutublar. O, iki il səkkiz ay əsirlikdə qalıb və işgəncə ilə öldürülüb. Sonuncu mübadilə zamanı onun meyiti Ukraynaya qaytarılıb., – Fyodorov bildirib.

“Yevgeni Sergeyeviç əsl vətənpərvər idi, öz ölkəsinin və öz cəmiyyətinin taleyinə biganə qalmırdı. O həmişə insanlar və xalq üçün çalışırdı, ona ehtiyacı olan hər kəsə qulaq asırdı, iradəli və prinsipial idi. O, nə şəhəri, nə də camaatı tərk etmədi, camaatın həyatını xilas etmək üçün hər şeyi etdi. Hadisələrin gedişi ilə bağlı əhalini daim məlumatlandırdı, dəstək verdi”, – deyə VHA rəhbəri yazıb.

//Samir Qurbanov, Editor.az