Ukrayna şəhərləri atəş altındabackend

Ukrayna şəhərləri atəş altında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 27-nə keçən gecə Rusiya “Kinjal” aeroballistik raketlərinin daşıyıcısını, MiQ-31 qırıcısını səmaya qaldıraraq birləşmiş hücum həyata keçirib. İlkin məlumatlara görə, Rusiya Federasiyası Ukrayna ərazisinə onlarla “Şahed”, “Kalibr”, “Kinjal” qanadlı raketləri, idarə olunan təyyarə raketləri və bombaları, eləcə də ballistik raketlər atıb.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrindən verilən məlumata görə, hava hücumu xəbərdarlığı saat 05:15-dək davam edib. Rusiya qoşunlarının hücumu ilə bağlı ölkənin müxtəlif bölgələrində, o cümlədən Xmelnitski (Starokonstantinov), İvano-Frankivsk, Poltava (Mirqorod), Kiyev, Nikolayev vilayətlərində partlayış səsləri eşidilib.

//Samir Qurbanov, Editor.az