Ukrayna şəhərləri raket hücumuna məruz qaldıbackend

Ukrayna şəhərləri raket hücumuna məruz qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 21-də səhər saatlarında rus işğalçıları Ukrayna şəhərlərinə kütləvi raket hücumu həyata keçirib. Bir çox yaşayış məntəqələrində partlayışlar baş verib, hava hücumundan müdafiə sistemi aktiv olub.

Editor.az xəbər verir ki, Çerkassı polis idarəsinin rəisi İqor Taburentsin sözlərinə görə, uçan obyektlərdən birinin qalıqları sosial infrastruktur obyektinin üzərinə düşüb.

Nəticədə 5 nəfərin yaralanıb, bir nəfərin dağıntılar altında qaldığı bildirilib. Xilasetmə əməliyyatı davam edir – məlumatda deyilir. Jurnalistlər Çerkassının mərkəzində yerləşən şəhərdəki otel kompleksinin zədələndiyini də bildiriblər.

Bundan əlavə, işğalçılar Xarkov şəhərinə, xüsusən də Slobodski rayonuna 6 zərbə endiriblər. Mülki infrastruktura ziyan dəyib, zərərçəkənlər barədə məlumatlar yoxlanılır.

Yerlərdə fövqəladə hallar xidmətinin əməkdaşları işləyir”, – məlumatda deyilir. Saat 6:20 radələrində Rivnedə də partlayış səsləri eşidilib. Bundan sonra bəzi ərazilərdə elektrik enerjisi kəsilib.

“Şəhərin bir hissəsində işıq sönüb”, – yerli media yazır. Rivne Regional Dövlət Administrasiyasının rəhbəri Vitali Koval da raket hücumlarını təsdiqləyib.

//Samir Qurbanov, Editor.az