Bu gecə ruslar “Şahed” tipli pilotsuz uçuş aparatlarının köməyi ilə Ukraynanın şəhər və qəsəbələrinə hücum edib.
Çerniqov, Sumı, Xarkov, Poltava, Kirovoqrad, Dnepropetrovsk, Vinnika, Nikolayev, Xerson və Odessa vilayətlərində hava həyəcanı elan edilib. Rusiya ordusu tərəfindən buraxılan pilotsuz təyyarələrin sayı barədə məlumat verilməsə də, Hərbi Hava Qüvvələri onların hərəkətlərini izləyir. Saat 01:20-də Silahlı Qüvvələrin Komandanlığı öz Telegram kanalında yazıb ki, Nikolayev vilayəti, Xerson vilayəti, Poltava vilayəti və Çerniqov vilayətində “Şahed” qrupları aşkarlanıb. Bundan əlavə, işğal olunmuş Krımdan ballistik silahların tətbiqi təhlükəsi var.
Saat 01:46-da şimal-qərb istiqamətində hərəkət edən PUA-lar Nikolaev və Odessa vilayətlərinin sərhədində aşkar edilib. Hərbçilər Vinnitsa bölgəsinə təhlükə barədə xəbərdarlıq ediblər.
//Samir Qurbanov, Editor.az