Sentyabrın 18-nə keçən gecə rus işğalçıları “Sahed” tipli PUA-lar və müxtəlif növ qanadlı raketlərdən istifadə etməklə Ukraynaya kütləvi hücuma keçiblər.
Editor.az Hərbi Hava Qüvvələri Komandanlığının məlumatına istinadən bildirir ki, düşmən Ukrayna şəhərlərinə ümumilikdə 41 hava hədəfi buraxıb. “Şahedlər” iki istiqamətdən uçublar.
Nikolaev və Odessa vilayətləri istiqamətində ümumilikdə 24 hücum PUA-sı qeydə alınıb. Marşrut boyu 18 hücum pilotsuz təyyarəsi hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edilib. İşğalçılar Volqoqrad vilayətindən Tu-95MS strateji bombardmançı təyyarələrindən qanadlı raketlər buraxıblar.
Buraxılışlar səkkiz təyyarə vasitəsilə həyata keçirilib və X-101/X-555/X-55 tipli 17 qanadlı raketin buraxılışı qeydə alınıb”, – əlumatda deyilir. 17 qanadlı raketin hamısı Dnepropetrovsk, Poltava və Xmelnitski vilayətləri sərhədlərində Hərbi Hava Qüvvələrinin qüvvələri və vasitələri tərəfindən məhv edilib.
//Samir Qurbanov, Editor.az