Ukrayna səmasında 22 “Şahed-136/131” PUA-nın 17-i vuruldubackend

Ukrayna səmasında 22 “Şahed-136/131” PUA-nın 17-i vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 14-nə keçən gecə ruslar “Şahed-136/131” tipli 22 kamikadze pilotsuz uçan aparatla Ukraynaya hücum edib, onlardan 17-si məhv edilib.

Müdafiə qüvvələri düşməni cilovlamaqda və hücum əməliyyatlarını davam etdirməkdədir.

Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər saat 6-a olan xülasəsində deyilir. Ümumiyyətlə son 24 saat ərzində cəbhədə 29 hərbi toqquşma baş verib.

“Ukrayna Müdafiə Qüvvələri Ukraynanın şərqində və cənubunda müdafiəni, Melitopol və Baxmut istiqamətində hücum əməliyyatlarını davam etdirir.

Düşməni məhv edir, müvəqqəti işğal olunmuş əraziləri addım-addım azad edir və əldə edilmiş xətlər üzrə möhkəmlənir”, – xülasədə bildirilir.

//Samir Qurbanov, Editor.az