Ukrayna hakimiyyəti son üç ildə etibarsız təchizatçılardan silah alışı səbəbindən yüz milyonlarla dollar itirib.
Editor.az bildirir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti yazır. Nəşrin yazdığına görə, Kiyev böyük avanslar alan, lakin heç vaxt silah və ya onların komponentlərini çatdırmayan az tanınan şirkətlərlə müqavilələr bağlayıb. Bundan əlavə, hərbi texnika tez-tez şişirdilmiş qiymətlərlə alınsa da, yararsız hala düşüb. Yüksək tələbat və müharibə şəraitində bu cür səhvlər yüz milyonlarla dollarla qiymətləndirilən əhəmiyyətli maliyyə itkiləri ilə nəticələnib.
FT jurnalistləri qeyd ediblər ki, Ukraynanın vasitəçilər və şübhəli firmalar vasitəsilə tədarükləri təşkil etmək cəhdləri podratçıların avans ödənişi, buraxılmış müddətlər və nasaz avadanlıqların çatdırılmasından sonra “yoxa çıxması”na gətirib çıxarıb.
//Samir Qurbanov, Editor.az