Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçibbackend

Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri Kiyev vilayətinin müəyyən ərazilərində əks hücuma keçib.

Bu barədə Editor.az “Unian.net”ə istinadən xəbər verir.

Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Vadim Denisenkonun verdiyi həmin xəbərdə deyilir:

“Son günlər ukraynalı əsgərlər düşmənin 12 tankını, bir neçə təyyarəni, onlarla zirehli texnikasını, 300-dən çox canlı qüvvəsini məhv etməyə nail olublar. Buna görə də indi biz müdafiəni saxlamaq şərtilə, Kiyev vilayətində əks-hücum əməliyyatına başlayırıq”, – nazirin müşaviri bildirib.

Ukrayna Silahlı Qüvvələrinin uğurlu əks hücumunu Britaniya kəşfiyyatında da təsdiqləyib.

Düşmənin ciddi ərzaq, yanacaq və logistika problemləri var.

  Editor.az