Ukrayna Silahlı Qüvvələri “F-16” qırıcılarından birini itiribbackend

Ukrayna Silahlı Qüvvələri “F-16” qırıcılarından birini itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazar ertəsi, avqustun 26-da Ukrayna Silahlı Qüvvələri ölkəyə təhvil verilən ilk F-16 qırıcılarından birini itirib.

Editor.az bildirir ki, bu barədə “The Wall Street Journal” amerikalı rəsmiyə istinadən yazıb. O, təyyarənin vurulmadığını, ancaq raket hücumu zamanı qəzaya uğradığını bildirib. Nəşrin həmsöhbəti əlavə edib ki, çox güman ki, təyyarə pilotun səhvi nəticəsində qəzaya uğrayıb.

Avqustun 27-də keçirdiyi mətbuat konfransında Ukrayna prezidenti Vladimir Zelenski bir gün əvvəl, avqustun 26-da baş verən hücum zamanı “F-16-ların köməyi ilə bəzi raketləri vurduqlarını” söyləmişdi. O, itkilər barədə heç nə deməyib. “The Wall Street Journal” qeyd edir ki, Ukrayna Hərbi Hava Qüvvələri qəza və ya pilotun statusunu təsdiqləməyib. Pentaqon sualları şərh üçün Ukrayna Hərbi Hava Qüvvələrinə yönləndirib.Bundan əlavə, avqustun avqustun 26-da döyüş tapşırığı zamanı 114-cü Taktiki Aviasiya Briqadasının əməliyyat qrupunun komandirinin müavini polkovnik-leytenant Aleksey Mes həlak olub. Bundan əvvəl ABŞ Milli Qvardiyasının Hərbi Hava Qüvvələrinin 144-cü Qırıcı Qanadının mətbuat xidməti Aleksey Mesin F-16-da ABŞ-da təlim keçdiyini bildirmişdi.

//Samir Qurbanov, Editor.az