Ukrayna silahlı qüvvələri Krımda rus işğalçılarının radiolokasiya stansiyasına zərbə endiribbackend

Ukrayna silahlı qüvvələri Krımda rus işğalçılarının radiolokasiya stansiyasına zərbə endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 30-da səhər saatlarında Ukrayna silahlı qüvvələri Krımda rus işğalçılarının radiolokasiya stansiyasına uğurlu zərbə endiriblər.

Editor.az bildirir ki, bu barədə Telegram-da Ukrayna Silahlı Qüvvələri məlumat yayıb: “Yanvarın 30-da səhər saatlarında Ukrayna Silahlı Qüvvələri müvəqqəti işğal olunmuş Krımın Razdolnoye kəndi yaxınlığındakı hava hücumundan müdafiə radar stansiyasına uğurlu zərbə endirib”.

Səhər hesabatında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı raket qüvvələrinin bölmələrinin işğalçıların elektron döyüş məntəqəsinə yeri göstərilmədən hücuma keçdiyini bildirmişdi.

//Samir Qurbanov,Editor.az