Ukrayna silahlı qüvvələri Kursk atom elektrik stansiyasına nəzarəti ələ keçirə biləcəkmi?backend

Ukrayna silahlı qüvvələri Kursk atom elektrik stansiyasına nəzarəti ələ keçirə biləcəkmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna silahlı qüvvələri çətin ki, Rusiya Federasiyasının Kursk atom elektrik stansiyasına nəzarəti ələ keçirsin.

Səbəb obyektə olan məsafə və belə bir məsafədə Rusiya aviasiyasının “mütləq üstünlüyü”dür. Editor.az bildirir ki, bu barədə LIGA.net-ə Ukrayna Silahlı Qüvvələrinin polkovniki, Baş Qərargahın mətbuat xidmətinin keçmiş rəisi Vladislav Seleznev bildirib: “Ordumuzun Kursk AES-ə nəzarəti ələ keçirməsi ehtimalı azdır.

Çanki Rusiya aviasiyasının bu cür məsafələrdə mütləq üstünlüyü ordumuzun bizə dayanıqlı logistikanı təmin etməyə imkan verməyəcək”, – deyə o, izah edib. Zabitin sözlərinə görə, Ukrayna qoşunları indi faktiki olaraq yeni xətlər və mövqelər qazırlar, həmçinin mühəndis istehkamları yaradırlar. Onun fikrincə, belə şəraitdə Ukrayna Silahlı Qüvvələri “müəyyən müddətə” müdafiə hərəkətləri edə biləcək. Ancaq yenə də kim təminat verə bilər ki, rus işğalçıları üçün eyni bəla Rusiya-Ukrayna sərhədinin digər ərazilərində də yaşanmayacaq?” – Seleznev qeyd edib.

//Samir Qurbanov, Editor.az