Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin 5%-nə nəzarət edirbackend

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin 5%-nə nəzarət edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kursk vilayətində döyüşlər davam edir və indi Ukrayna Silahlı Qüvvələri başqa bir mərkəz şəhərə – Korenevoya doğru irəliləyir.

Editor.az bildirir ki, bu qənaətə Almaniyanın BILD nəşrinin hərbi analitiki Julian Röpke gəlib. O qeyd edib ki, dünən Sudja şəhərindən yayımlanan videolar Ukrayna Silahlı Qüvvələrinin sərhədə yaxın bu mühüm şəhərə nəzarət etdiyini təsdiqləyib. Müharibədən əvvəl Sudjada 5 minə yaxın insan yaşayırdı və bu, Ukraynanın nəzarətində olan Rusiya Federasiyasının ən böyük yaşayış məntəqəsidir.

Alman analitik hesab edir ki, diqqət çəkən odur ki, Sudjadan yayımlanan kadrlarda heç bir dağıntı yoxdur. Ümumilikdə, ukraynalı analitiklər dünəndən etibarən Kursk vilayətində 44 yaşayış məntəqəsinə nəzarətin yaradıldığını açıqlayıblar ki, bu da onların regiondakı ümumi yaşayış məntəqələrinin təxminən 5%-ni təşkil edir.

//Samir Qurbanov, Editor.az