RF Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ukraynanı Kursk AES-ə münasibətdə “atom terroru həyata keçirmək istəməkdə” ittiham edib.
Bundan əlavə o, bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisini tərk etməyənə qədər Ukrayna tərəfi ilə danışıqlar mümkün deyil. “Biz onları öz ərazimizdən atana qədər, təbii ki, onlarla heç bir danışıq aparmayacağı”, – deyə Şoyqu “Rossiya 24” telekanalına müsahibəsində bildirib.
Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, Rusiya hakimiyyəti “terrorçularla heç bir danışıqlar aparmayıb, aparmır və aparmayacaq”. “Onlar da məhz budur, çünki Kursk AES-ə qarşı atom terroru həyata keçirmək istəyi terrorizmin ən yüksək səviyyəsindən başqa bir şey deyil”, – Şoyqu bildirib.
//Samir Qurbanov, Editor.az