Ukrayna Silahlı Qüvvələri sentyabrın 20-də səhər Rusiya Qara Dəniz Donanmasının Sevastopol yaxınlığındakı komanda məntəqəsinə uğurlu zərbə endiriblər.
Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı İdarəsinin Strateji Kommunikasiyalar Mərkəzi məlumat verib.
Məlumatda deyilir: “Ukrayna Silahlı Qüvvələri sentyabrın 20-də səhər saatlarında müvəqqəti işğal olunmuş Sevastopol yaxınlığındakı Verxnesadovoy yaxınlığındakı Rusiya Qara Dəniz Donanmasının komanda məntəqəsinə uğurlu zərbə endirib. Ukrayna Silahlı Qüvvələrinə eşq olsun!”
//Samir Qurbanov, Editor.az

