Avqustun 22-nə keçən gecə Ukrayna silahlı qüvvələri Xüsusi əməliyyat qüvvələri ilə birlikdə Rusiya Federasiyasının Volqoqrad vilayətindəki Marinovka zərbələr endirib.
Editor.az bildirir ki, bu barədə Ukrayna mənbələri kəşfiyyat xidmətindəki mənbələrə istinadən məlumat yayıb. SBU-da medianın həmsöhbətləri qeyd ediblər ki, düşmən Ukraynada cəbhə xəttini bombalamaq üçün Marinovkadan fəal şəkildə istifadə edir.
Ukraynanın hücumundan sonra aerodromda CAB, sursat və yanacaq-sürtkü materialları olan anbarlar bütün gecə və səhər partlayıb. “SBU düşmənin Ukraynaya hücum etdiyi aerodromlarda cərrahi dəqiqliklə işləyir, hər bir belə tətbiq rusların havadakı üstünlüyünü azaldır və onların aviasiya imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır”, – xüsusi xidmət vurğulayır.
//Samir Qurbanov, Editor.az