Ukrayna Silahlı Qüvvələri Rusiyanın Rostov vilayətində yerləşən müdafiə kompleksinə dəqiq zərbə endirib.
Bu barədə dekabrın 26-da Telegram-da Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Strateji Kommunikasiyalar Departamenti məlumat yayıb. “Bu günlərdə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Rostov vilayətinin Kamensk-Şaxtinski şəhərindəki hərbi-sənaye kompleksi obyektinə yüksək dəqiqliklə zərbə endirib. Buradakı ballistik raketlərdən xəstəxanalar, yaşayış binaları və elektrik stansiyaları kimi Ukraynanın mülki infrastrukturunu məhv etmək üçün istifadə edilib”, – deyə məlumatda bildirilir.
Strateji komitə qeyd edib ki, “bu atəş zərbəsi Rusiya silahlı qüvvələrinin Ukraynanın dinc sakinlərinə qarşı terror aktları həyata keçirmək qabiliyyətini zəiflətmək üçün aparılan hərtərəfli kampaniyanın bir hissəsidir”.
//Samir Qurbanov, Editor.az