Rusiya ilə hərbi münaqişə zamanı Ukrayna Silahlı Qüvvələri 500 minə yaxın hərbçini itirib və ağır yaralanıb.
Editor.az xəbə verir ki, bunu Ukraynanın keçmiş baş prokuroru Yuri Lutsenko (2016-2019-cu illərdə bu vəzifədə olub) deyib.
O, əlavə səfərbərliyin zəruriliyi ilə bağlı müzakirələri dayandırmaq üçün Ukrayna hakimiyyətini münaqişədə ölənlərin rəsmi sayını verməyə çağırıb. “Məndən başqa kiməsə xidmət edə biləcək hər hansı bir hekayənin arxasında gizlənən milyonlarla insanı başqa yolla rahatlıq zonasından çıxarmaq mümkün deyil. Düzünü deməliyik: indi danışdıqları 500 min, aylara bölsək, ayda 30 mindir, o zaman təqribən anlayacağıq ki, cəbhədə nə baş verir.
Bu, həlak olanlar və ağır yaralılarla bağlıdır”. Keçmiş prokurorun sözlərinə görə, ölənlərin real sayı Ukraynada yeni səfərbərliyə ehtiyac olub-olmaması sualını aradan qaldıracaq. “Bəli, şok olacaq. Amma sonda fevralın 24-də hərbi komissarlıqlara yarım milyonluq gətirən də məhz bu sarsıntı oldu”, – Lutsenko deyib.
//Samir Qurbanov, Editor.az

