Amerika rəsmilərinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin (AFU) Rusiya ilə hərbi münaqişədə itkiləri 190 min nəfər təşkil edib.
Editor.az bildirir ki, bu barədə Britaniyanın “The Economist” nəşri xəbər verib. Nəşrə görə, onlardan ən azı 70 mini ölüb, 120 mini yaralanıb. Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, 2022-ci ilin fevralından noyabr ayına qədər 13 minə yaxın hərbçi həlak olub.
Ötən ilin noyabrında Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Ukrayna Silahlı Qüvvələrinin itkilərini 100 min nəfər hesablasa da, sonradan AK ölən və yaralananların ümumi sayından danışdığını açıqlayıb.
2023-cü ilin avqustunda “The New York Times” Qərb rəsmiləri və analitiklərinin hesablamalarına istinadən yazıb ki, Ukraynanın itkiləri ölən və yaralananlar da daxil olmaqla 150 min hərbçini keçib. Rusiya Müdafiə Nazirliyi isə hərbi qarşıdurma zamanı yaralanan və həlak olanlarla bağlı məlumatı rəsmi şəkildə açıqlamır.
//Samir Qurbanov, Editor.az

