Ukrayna silahlı qüvvələrinin “DXR”, “LXR”, Zaporojye və Xerson vilayətlərinin ərazilərindən çıxarılması məcburidir – Vladimir Putin öz “sülh” şərtlərini açıqladıbackend

Ukrayna silahlı qüvvələrinin “DXR”, “LXR”, Zaporojye və Xerson vilayətlərinin ərazilərindən çıxarılması məcburidir – Vladimir Putin öz “sülh” şərtlərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Macarıstanın baş naziri Viktor Orbanla danışıqlardan sonra bildirib ki, Moskva Ukraynadakı münaqişənin öz şərtləri ilə tam dayandırılmasının tərəfdarıdır.

Prezidentin qeyd edib ki, Ukrayna silahlı qüvvələrinin “DXR”, “LXR”, Zaporojye və Xerson vilayətlərinin ərazilərindən çıxarılması məcburidir. Vladimir Putinin sözlərinə görə, sülh üçün başqa şərtlər də var, lakin onlar müzakirə mövzusudur. Vladimir Putinin sözlərinə görə, Rusiya tərəfinin formalaşdırdığı sülh təşəbbüsünün həyata keçirilməsi hərbi əməliyyatları dayandırmağa və Ukrayna ilə danışıqlara başlamağa imkan verəcək. “Bu, sadəcə olaraq atəşkəs və ya atəşin müvəqqəti dayandırılması, nə də Kiyev rejiminin itkiləri bərpa etmək, yenidən qruplaşmaq və yenidən silahlandırmaq üçün istifadə edə biləcəyi bir növ fasilə olmamalıdır. Rusiya münaqişənin tam və yekun şəkildə sona çatmasının tərəfdarıdır”, – deyə prezident vurğulayıb.

Ukrayna prezidenti Vladimir Zelenski danışıqlar üçün ölkənin ərazi bütövlüyünə hörməti şərt adlandırıb. Bu, Ukrayna tərəfinin müzakirə etməkdə israr etdiyi “sülh formulunun” bəndlərindən biridir. Kiyev sülh sammitini münaqişənin həlli yollarını tapmaq üçün əsas platforma hesab edir. İyunun 15-16-da İsveçrənin Bürgenstok şəhərində keçirilən bu formatda ilk görüşə Rusiya dəvət olunmayıb.

//Samir Qurbanov, Editor.az